Əliyevdən Kuçinskiyə: “Əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik”

  • By admin
  • 28 İyul 2016 20:31

575a58b175579

 

Dövlət başçısı İlham Əliyev Peru Respublikasının prezidenti  Pedro Pablo Kuçinskiyə təbrik məktubu göndərib.

Gununsesi.info-nun məlumatına görə, məktubda qeyd olunur:

“Hörmətli cənab Prezident,

Peru Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Peru arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

Gununsesi.info