Əliyevdən Obamaya: “Səylərinizin tezliklə nəticə verəcəyinə böyük ümidlər bəsləyirik”

  • By admin
  • 04 İyul 2016 10:19

402707919

 

 

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) milli bayramı – Müstəqillik Günü münasibətilə adıçəkilən dövlətin prezidenti Barak Obamaya təbrik məktubu göndərib.

Gununsesi.info xəbər verir ki, İ.Əliyev təbrik məktubunda Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin bu gün hərtərəfli inkişaf yolunda olduğunu qeyd edib. Qeyd olunub ki,  bir sıra sahələrdə ölkələrimizin sıx və qarşılıqlı faydalı əməkdaşlığı ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Eyni zamanda vurğulanıb ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, terrorizmə qarşı mübarizədə, NATO-nun Əfqanıstanda sülhyaratma missiyasında ölkələrimizin sıx əməkdaşlığı və qarşılıqlı dəstəyi tərəfdaşlığımızın səciyyəvi cəhətlərindəndir.

“Biz, həmçinin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinə son qoyulması, işğal olunmuş torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvasına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə nəticə verəcəyinə böyük ümidlər bəsləyirik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”-deyə,daha sonra qeyd olunub.

Gununsesi.info