“Əlverişli hədlərdə yeni mövqelərin qurulması üzrə mühəndis işləri görülür” - Anar Eyvazov

  • By admin
  • 03 Avqust 2022 21:35

“Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Gununsesi.info xəbər verir ki, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə nazirliyin mətbuat xidmətinin rəis müavini Anar Eyvazov deyib.