Əməkdar artist efirə az çıxmasının səbəbini açıqladı

  • By admin
  • 22 Oktyabr 2017 20:04

eyyub_yaqubov

“Yaradıcılıq yenilik tələb edir. Efirə yeni işlə birlikdə çıxmaq lazımdır. Bu da vaxt və düşünmək tələb edir. Gec-gec efirə çıxıb, mənalı iş görməyin tərəfdarıyam”.

Gununsesi.info axsam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Eyyub Yaqubov “Lider maqazin”ə açıqlamasında deyib. Sənətçi efirə gec-gec çıxmasının səbəbini açıqlayıb.

Müğənni yeniliklərindən də bəhs edib:

“Hüseyn Cavidin sözlərinə layihəmiz olacaq. Muğamsayağı bir kompozisiyadır. Cazla muğamı sintez edəcəyik. Hüseyn Cavid və Şeyx Sənanın sözlərini oxuyacam. Elçin İmanovla Mikayıl Müşviqin “Gecə düşüncəsi” şeirinə mahnı yazıb, klip çəkdirəcəyik”.

Gununsesi.info