Əməkdar artist öz  vəsiyyətinə uyğun dəfn olunub -  TOFİQ HÜSEYNOVUN XANIMI DEYİR Kİ…

  • By admin
  • 06 İyul 2020 19:37

 

 Xəbər verdiyimiz kimi Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov vəfat edib.

Mərhum bu  gün  günorta saatlarında  öz vəsiyyətinə uyğun olaraq  Xırdalan  qəbiristanlığında ata və anasının yanında dəfn olunub.

Aktyorun həyat yoldaşı Rəsmiyyə Hüseynova Gununsesi.org-a bildirib ki, xüsusi karantin rejimi ilə  əlaqədar  olaraq  dəfn mərasimində  yalnız  mərhumun  ailə  üzvləri iştirak  edib: “Amma gün  ərzində mütəmadi telefonla edilən başsağlığı  zəngləri Tofiq Hüseynova  göstərilən  diqqət  və  qayğının  göstəricisidir”.

Onun sözlərinə görə, əməkdar  artist Tofiq  Hüseynovun ölümü  ilə  bağlı  Mədəniyyət Nazirliyi, AzərbaycanTeatr  Xadimləri  İttifaqı və Azərbaycan Dövlət  Akademik Milli Dram Teatrı mərhumun ailəsinə  başsağlığı verib.

Qeyd edək ki, Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Bir çox teatrların səhnəsində çalışıb, müxtəlif rollarda  oynayıb.Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb.Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda özünəməxsus obrazlar canlandırıb.

Cəmilə Hətəmxanova

Gununsesi.org