
Dünya Qızıl Şurasının (World Gold Council) məlumatına görə, Azərbaycan 30,2 tonluq qızıl ehtiyatı ilə dünyada 55-ci yerdədir.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Buna görə də dünyanın əksər dövlətlərinin qızıl fondları mövcuddur.
İlk 20-likdə olan ölkələr və ehtiyatları:
1. ABŞ – 8 min133 ton
Dünyanın nə böyük qızıl ehtiyatına malik dövləti Amerika Birləşmiş Ştatlarıdır. Burada ilk dəfə 1933-cü ildə qızıl fondu yaradılıb.
2. Almaniya – 3 min 377 ton
Siyahıda ikinci yeri tutan Almaniya isə 1951-ci ildən özünə “ağ qızıl” ehtiyatı toplamağa başlayıb.
3. İtaliya – 2 min 451.8 ton
İtaliya Benito Mussolini diktaturası başladığı andan qızıl potensialını aktiv şəkildə artırıb.
4. Fransa – 2 min 435.7 ton
Fransa ötən əsrin 60-cı illərində dollar ehtiyatlarını qızıla dəyşiməklə özü üçün böyük “ağ qızıl” ehtiyatı yaradıb.
Siyahıda sonrakı yerlərdə aşağıdakı ölkələr gəlir:
5. Çin – 1,842.6 ton
6. Rusiya – 1,680.1 ton
7. İsviçrə – 1.040 ton
8. Yaponiya – 765,2 ton
9. Hollandiya – 612,5 ton
10. Hindistan – 557,8 ton
11. Türkiyə – 427,8 ton
12. Tayvan – 423,6 ton
13. Portuqaliya – 382,5 ton
14. Səudiyyə Ərəbistanı – 322,9 ton
15. İngiltərə – 310.3 ton
16. Livan – 286.8 ton
17. İspaniya – 281.6 ton
18. Avstriya – 280 ton
19.Qazaxıstan – 267,7 ton
20. Belçika – 227,4 ton
55. Azərbaycan – 30,2 ton
Anar
Gununsesi.info












