Ən maraqlı memarlıq nümunələri - FOTOLAR

  • By admin
  • 11 İyun 2017 12:28

6

Ənənəvi memarlıq üslubundan fərqli şəkildə tikilmiş binalar, evlər və s. tikililər insanların diqqətini daha çox cəlb edir. Qeyri-adi formada inşa edilmiş memarlıq nümunələri müəllifindən yüksək bacarıq və istedad tələb edir. Əks halda belə tikililər görənlərin nəzərini öz üzərinə cəmləşdirə bilməz.

Gununsesi.info fərqli və maraqlı üslubda inşa edilmiş memarlıq nümunələrinin görüntülərini oxucularına təqdim edir.

 

Habitat 67

1

Dizaynı kanadalı memar Moshe Safdie tərəfindən verilib. Hazırda Kanadanın ən məşhur tikililərindən biridir.

 

Ayaqqabi ev

2

Pensilvaniyada inşa edilmiş bu evin tikintisi 1949-cu ildə başa çatdırılıb. Bu memarlıq nümunəsi reklam məqsədilə inşa olunub.

 

Səbət bina

3

Bu maraqlı tikili “Longaberger” şirkətinin ABŞ-da yerləşən mərkəzinin binasıdır. Şirkət sahibinin öz ideyası olan səbət formasında binanın açılışı zamanı çox adam bunun zarafat olduğunu düşünüb.

 

Şüşə ev

4

Yaponiyada tikilmiş bu maraqlı ev bütünlükdə şüşədən ibarətdir. Evin daşdan hörülmüş yeganə divarı hamamdadır.

 

Təyyarə ev

5

Joanne Usserye məxsus bu ev onun özü tərəfindən artıq istifadəyə yararsız olan Boeing 727 təyyarəsi üzərində inşa edilib.

 

Wonderworks

6

Yazımızda yer alan ən maraqlı və qeyri-adi tikili yəqin ki, Wonderworks-dur. Başqa bir binanın üzərinə aşmış tikili təsiri bağışlayan bu memarlıq nümunəsi Terri Nikolson tərəfindən ABŞ-da dizayn olunub. Burada sərgilər, sehirbazlıq şouları nümayiş etdirilir, o cümlədən, fizika və riyaziyyatla bağlı bir sıra tədbirlər təşkil olunur.

 

Kub evlər

7

Hollandiyada inşa edilmiş kub evlər də ən maraqlı memarlıq nümunələri siyahısına daxildir. Bu tikilinin bir qismindən məktəb, digər qismindən isə ofis kimi istifadə olunur.

 

Gununsesi.info