Ən qəribə və gülməli oğurluq faktları

  • Müəllif: admin
  • 15 İyun 2017 16:03

robber

Tədqiqatlar sübut edir ki, körpəlik dövründə formalaşan “sevdiyimiz əşyanı götürüb qaçmaq” instinkti ömrümüzün sonunadək bizi müşayiət edir. Oğurluq, əlbəttə ki, pis vərdişdir. Lakin bunların bəziləri elə baş verir ki, eşidənlər bu əməli törədəni qınamaqdan çox, hadisənin gedişatına gülürlər.

Gununsesi.info ən qəribə və gülməli oğurluq faktlarını təqdim edir.

 

Bir gün bankdan küllü miqdarda pul oğurlayıb aradan çıxan soyğunçu arxasınca polislərin qaçdığını görür. Çantasındakı pullardan bir az götürüb, arxasınca səpərək polislərin başını qatmaq istəyir və buna nail olur. Belə ki, polislər hərisliklə pulları yerdən yığır, oğru isə cinayət yerindən uzaqlaşır.

 

Almaniyanın Bişofshaym şəhərində yaşayan bəzi insaların aktraksion sevgisi onları oğruluğa sürükləyib. Belə ki, oğrular əyləncə parkına daxil olub, ən çox sevdikləri atraksionu oğurlamağa nail olurlar. Onlar 20 ton çəkisi olan nəhəng konstruksiyanı yarmarkadan götürüb, yük maşınında qaçırdırlar. Şəhər polisi bu əyləncəli oğurluğa eyni emosiyalarla cavab verərək, hadisədən bir saat sonra kütləvi informasiya vasitələrinə yalandan müsahibə veriblər ki, guya atraksionu mütəxəssis olmadan idarə etmək mümkünsüzdür. Həmçinin, onlar buna cəhd edən şəxsləri həyati təhlükə gözlədiyini vurğulayıblar. Yalana inanan oğrular dərhal təslim olub, atraksionu qeri qaytarıblar.

 

Almaniyanın balaca şəhəri olan Braunşveyqdə baş verən bu oğurluq ən gülməli kriminal hadisələrdən biri kimi tarixə düşüb. Belə ki, 70 yaşlı qoca mağazaya daxil olub, köynək oğurlayıb. Köynəyi elə mağazadaca geyinərək qaçıb. Oğrunu izləyən polis əməkdaşı onu saxlayaraq oğurladığı malı geri qaytarmasını tələb edəndə qoca polisi dişləməyə başlayıb. Bir neçə dəfə dişlədikdən sonra qoca xatırlayıb ki, taxma dişini evdə unudub.

 

Bir gün Braziliya-Avstraliya oyununu izləmək üçün bilet alan qadının çantasından bilet oğurlanıb. Matçı izləməyə gələn oğru biletini oğurladığı xanım oyuna həyat yoldaşı ilə gəlməsindən xəbərsiz olub. Xanımının yerində başqasını görən kişi dərhal polisə xəbər verib. Vəziyyətin nə yerdə olduğunu anlayan oğru oyunu izləyə bilməyəcəyini anlayıb, polislərdən möhlət istəyib. Nə qədər yalvarsa da, polislər ona məhəl qoymayıb qandallayıb aparıblar.

 

Gununsesi.info