Ən ucuz “kesr” əməliyyatı hansı klinikadadır? - SİYAHI +QİYMƏTLƏR

  • By admin
  • 14 Noyabr 2016 12:04

keyser

Həkimlər ciddi-cəhdlə qeysəriyyə kəsiyi ilə uşaq dünyaya gətirməyi qadağan etsələr də, qadınlar bu üsuldan asanlıqla vaz keçə bilmirlər. “Az ağrı, asan doğuş” devizi xüsusilə gənc qadınların dilinin əzbəridir.

Ancaq səhhətindəki problemlər üzündən qeysəriyyə əməliyyatı keçirmək məcburiyyətində qalan qadınların da sayı artıb. Bu səbəbdən  həmin xidməti təklif edən klinikalara üz tuturlar. Onun qiyməti də  kifayət qədər bahalıdır.

Gununsesi.info fins.az-a istinadən xəbər verir ki, dövlət xəstəxanalarından başqa özəl klinikaların heç də hamısında qeysəriyyə əməliyyatı edilmir. Aşağıdakı cədvəldə həmin klinikaların adları və xidmət qiymətləri verilib.

   

Klinikalar

Qeysəriyyə əməliyyatlarının qiyməti  

Doğuş qiymətləri

1 Oksigen Klinikası 1250 manat 1050 manat
2 Caspian İnternational Hospital 1200 manat 1500 manat
3 Mərkəzi Neftçilər Xəstəxanası 800 manat 1100 manat
4 Mərkəzi Gömrük Hospitalı 1885 manat 2150 manat (tək döl)

2970 manat (çoxdöllü)

5 Baku Medical Plaza (Babək filialı) 970 manat 1170 manat
6 Baku Medical Plaza (mərkəz filialı ) 1330 manat 1530 manat
7 Vital Klinika 750 manat 950 manat
8 Leyla Şıxlinskaya 1000 manat 1250 manat
9 German hospital 1000 manat 1200 manat
10 “Medi Lux” Tibb  Mərkəzi 1150-1250 manat 125 0-1350 manat
11 Mərkəzi klinika 1500  manat 1900 manat (tək döl)

2200 manat (çoxdöllü)

Gununsesi.info