Ən varlı məmur və deputat xanımlarının adı açıqlanıb - SİYAHI

  • Müəllif: admin
  • 28 Avqust 2017 17:31

1501224826

“Forbes Woman” 50 dövlət məmuru və deputatın xanımının reytinq cədvəlini hazırlayıb.

Gununsesi.info xəbər verir ki, “Forbes Woman”in 2017-ci ildə Rusiyanın ən varlı məmur və deputat xanımlarının siyahısına Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanovun xanımı Qülnisə Minnixanova illik 2, 35 milyard rubl gəlirlə başçılıq edir.

Gülnisə Minnixanova “Luçano” şirkətinin rəhbəridir və bu şirkət otel biznesi, SPA və fitnes xidmətləri ilə məşğuldur.

Ulan-Ude şəhər soveti şurasının deputatı Vadim Bredninin xanımı Raisa Bredni 1,92 milyard rublla ikinci yerdə qərarlaşıb. Raisa Bredni “Titan” şirkətinin direktorudur.

Bryansk vilayətinin qubernatoru Olqa Boqomaza 864 milyon rublla üçüncü yerdə qərarlaşıb.

Dördüncü yerdə “Rostexnika” baş direktorunun xanımı Yekaterina İqnateva, 5-ci yerdə isə kommunist deputat Aleksandr Nikolayevin xanımı Yelena Nekrasova qərarlaşıb.

Gununsesi.info