Ərəb biznesmen Qarabağda fındıq bağları salacaq

  • Müəllif: admin
  • 09 İyul 2018 16:18

 

Livanlı iş adamı, “Gardenia Lebanese Farms” şirkətinin prezidenti Nikolya Əbu Feysəl Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı Dağlıq Qarabağ torpaqlarına səfər edib.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, ərəb iş adamı bölgədə 300 hektar sahədə fındıq bağları salmaq istəyir. O bunun üçün Xocavənd və keçmiş Ağdərə rayonlarının ərazisini gözdən keçirir.

Ərəb biznesmen Xankəndinə gedərək, separatçı rejimin rəhbələri ilə görüşüb və öz investisiya planını təqdim edib.