Ərəb dünyasının ən böyük investorları Bakıda toplaşacaq

  • By admin
  • 09 Aprel 2018 10:12

Mayın 1-dən 3-dək Bakıda Birinci Azərbaycan-ərəb investisiya və biznes forumu keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Trend-ə məlumat verilib.

Forum Azərbaycan və ərəb ölkələrinin əməkdaşlığı Assosiasiyası tərəfindən təşkil edilir.

Tədbirdə ərəb ölkələrindən təxminən 300 sahibkar və investorun iştirakı gözlənilir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın ərəb ölkələri ilə 2017-ci ildə mal dövriyyəsi 324,53 milyon dolar təşkil edib.

Gununsesi.info