Ər arvadını baltaladı - Bakıda dəhşətli qətl

  • By admin
  • 09 Sentyabr 2016 17:38

balta

Bu gün Bayıl qəsəbəsi Xanlar küçəsi, ev 10 mənzil 4 ünvanında qətl hadisəsi qeydə alınıb.

Bu barədə Gununsesi.info-ya Səbail rayon Polis İdarəsindənməlumat verib.  Bildirilir ki, həmin ünvanda yaşayan Məzahir Qasımi həyat yoldaşı Fərizəni balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Hadisə yerinə baxış keçirilib, cinayətin aləti olan balta maddi sübut kimi götürülüb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat hərəkətləri həyata keçirilib.

Hadisəni törədən M. Qasımi saxlanılıb.

Hazırda faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

Gununsesi.info