Ər arvadını döyərək xəstəxanalıq etdi

  • By admin
  • 04 Avqust 2017 23:38

ambulani

Tovuz sakini həyat yoldaşı tərəfindən döyülüb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədova Zülfiyyə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülüb.

Gununsesi.info