Ər arvadını və baldızını bıçaqlayaraq xəstəxanalıq etdi

  • By admin
  • 28 Oktyabr 2016 15:09

bicaq_3fvj4746346

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün Sabunçu rayonu, E. Mehdiyev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1976-cı il təvəllüdlü Oqtay Təhməzov ailədaxili münasibətlər zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvira Nəsirovanı və həyat yoldaşının bacısı, 1991-ci il təvəllüdlü Eminə Nəsirovanı bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən O. Təhməzov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Gununsesi.info