“Ər və arvad” serialının Könülü Elcan Rəsulovu bəyənmədi - "ONUNLA HEÇ VAXT ƏR-ARVAD OLA BİLMƏRİK"

  • By admin
  • 05 Aprel 2017 22:51

kemale elcan

Aktrisa, aparıcı Kəmalə Piriyeva rol aldığı “Ər və arvad” serialından bəhs edib.

Gununsesi.info xəbər verir ki, aktrisa “ATV kulis” verilişində deyib ki, tərəf müqabili, Yaşar obrazını canlandıran Elcan Rəsulovla tez-tez dalaşırlar:

“Əvvəl Elcanla problem yaşayırdıq, indi münasibətimiz yaxşıdır. Biz həyatda heç vaxt ər-arvad ola bilmərik. Hərdən deyirəm ki, danışmayaq, qırğın olacaq. Ssenarini dəyişmək də mümkün deyil. İki aktyoruq, hansımızı dəyişəcəklər? Serialda Yaşara tez-tez öküz deyirəm, həyatda da Elcana elə müraciət edirəm”.

Kəmalə Piriyeva “Şəxsi həyata görə işi atarsan” sualına belə cavab verib: “Aktrisalığı da, aparıcılığı da ata bilərəm”.

Gununsesi.info