
“Siyasi liderlərin hamısı “FETÖ” ilə, Gülənlə yaxşı münasibətlərdən yana oldular…”
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, müxalifətin, xüsusilə, “ana müxalifət”-in “FETÖ-nün siyasi ayağı” ilə bağlı ittiham-tələblərinin əsası yoxdur
O, deyib ki, araşdırmalarda “FETÖ-nün siyasi ayağı” müəyyən edilmədi.
“FETÖ” ilə iki siyasətçi mübarizə apardı: biri rəhmətlik Nəcməddin Ərkəbakan, digəri isə Rəcəb Tayyib Ərdoğan və AKP. Digər siyasi liderlər hamısı “FETÖ” ilə “iyi keçişdi”-deyə, baş nazir sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info












