Ərdoğan ABŞ-İran gərginliyi haqqında: “Heç kimin öz maraqları uğruna…”

  • By admin
  • 08 Yanvar 2020 18:17

“ABŞ-la İran arasındakı gərginlik təhlükəli səviyyəyə çatıb”.

Gununsesi.org-un Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Türk axını” qaz kəmərinin açılışı mərasimində deyib.

O bildirib ki, Türkiyə regionun hərbi əməliyyatlar zonasına çevrilməsini istəmir:

“Heç kimin öz maraqları uğruna bütün regionu yanğın bölgəsinə çevrimək ixtiyarı yoxdur. Biz əlimizdə olan bütün imkanları səfərbər edərək bölgəmizin qan və göz yaşına qərq olmasına icazə verməyəcəyik”.

Gununsesi.org