Ərdoğan Almaniya qarşısında şərt qoydu - "DEPUTATLARIN SİYAHISI DEDİKLƏRİMİZƏ UYĞUN HAZIRLANMALIDIR"

  • By admin
  • 27 May 2017 13:22

recep_tayyip_erdogan_150412_albom_2

Türkiyəni terrorçuluqda ittiham edən alman deputatlar ölkəyə buraxılmayacaq.

Gununsesi.info “hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan alman deputatların “İncirlik” hərbi bazasına səfər etməsi ilə bağlı məsələnin iki ölkənin XİN rəhbərləri səviyyəsində müzakirə olunduğunu dilə gətirib.

Ərdoğan bəyan edib ki, Ankara alman deputatların “İncirlik” avibazasına gəlişinə etiraz etmir, ancaq onların arasında Türkiyəni terroru dəstəkləməkdə ittiham edənlər olmamalıdır.

Ərdoğan onu da əlavə edib ki, danışıqlara uyğun olaraq Ankara qərarlar qəbul edəcək: “Əgər təqdim edilən deputat siyahısı bizim dediklərimizə uyğun hazırlanarsa, o zaman alman deputatların Türkiyəyə səfərinə razılıq verəcəyik”.

Gununsesi.info