Ərdoğan: “Ancaq Azərbaycan bayrağı dalğalana bilər”

  • By admin
  • 04 Avqust 2016 13:45

Erdogan

 

 

Rəcəb Tayyib Ərdoğan avqustun 7-də İstanbulda keçirilməsi planlaşdırılan mitinqində Azərbaycan bayrağının dalğalanmasını arzu edir.

Gununsesi.info “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün iş adamları ilə görüşündə bildirib.

Onun sözlərinə görə, bu həftənin bazar günü Yenikapıda mitinq keçiriləcək: “Tədbirə bütün partiyalar qatıla bilər, yəni siyasi təşkilatlar arasında ayrı-seçkilik olmayacaq. Mən milli birliyimizin göstəricisi olması üçün mesajlarımızı birlikdə verməyimizi istədim. Eyni zamanda, demokratiya və şəhidlər mitinqi olduğundan aksiyaya Türkiyə bayrağından başqa bir bayraq gətirilməməsini istədim. Yəni tədbirdə bayrağımızdan kənar partiya, həmkarlar təşkilatları və s. heç bir bayrağın olmasını istəmirik. Ancaq Şimali Kipr Türk Respublikası və Azərbaycan bayrağı dalğalana bilər”.

 

Gununsesi.info