Ərdoğan Antarktikada baza yaratmaq istəyir

  • By admin
  • 18 İyun 2018 10:27

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Ankaranın Antarktikada elmi baza yaratmağı planlaşdırdığını bəyan edib.
Bu haqda Ərdoğan öz “Twitter” hesabında məlumat yayıb. Onun sözlərinə görə, bu layihənin 2019-cu ildə gerçəkləşdiriləcəyi nəzərdə tutulub. Ərdoğan bildirib ki, həmin elmi bazanın hesabına Türkiyə cənub qütbündə stansiyaları olan dövlətlərin sırasına düşəcək.
Türkiyə lideri layihənin təfərrüatına varmayıb. Türkiyə Antarktika haqqında 1959-cu ildə bağlanmış beynəlxalq sazişin iştirakçılarındandır. Həmin sənədə görə, cənub qütbündə yalnız elmi fəaliyyətə icazə verilir.
Bu sazişə 50-dən çox ölkə üzvdür. Hazırda Antarktikada 20 ölkədən olan 90-a yaxın daimi və mövsümi stansiya fəaliyyət göstərir.(Oxu.Az)