
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulması münasibətilə Mustafa Kamal Atatürkün qəbrini ziyarət edib.
Gununsesi.info xəbər verir ki, Ərdoğan Atatürkün qəbrinə çələng qoyub və Anıtqəbirdəki xatirə dəftərinə öz qeydlərini edib. Ərdoğanla bərabər Atatürkün qəbrini parlamentin spikeri İsmayıl Qəhrəman, Baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, Baş Qərargah rəisi Hulusi Akar və digər generallar gəliblər. Ərdoğanın ziyarətindən sonra Anıtqəbiri vətəndaşların ziyarət etməsinə izn verilib.
Gununsesi.info












