Ərdoğan BMT TŞ-da müsəlman dövlətlərin olmamasını ədalətsilik adlandırıb

  • By admin
  • 12 May 2018 20:10


Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan BMT Təhlükəsizlik Şurasında heç bir müsəlman dövlətin təmsil olunmamasını ədalətsizlik adlandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Biz ədalət tələb edirik. Axı BMT-nin yaradılmasının təşəbbüsü əsasında qlobal ədalətin təmin edilməsi ideyası dayanıb. Biz ədalət tələb edirik”, – deyə Türkiyə prezidenti bildirib.

Onun sözlərinə görə, 196 ölkənin hər biri BMT Təhlükəsizlik Şurasının üzvü olmağa layiqdir.

“Əgər Təhlükəsizlik Şurasındakı 20 dövlətin hər biri yenidən seçilsəydi, ədalət olardı”, – deyə o əlavə edib.

Gununsesi.info