Ərdoğan: “Breksit”dən sonra Avropa Birliyinin qurtuluşu Türkiyədir”

  • By admin
  • 12 Yanvar 2021 18:46
Ərdoğan hələ də Avropa Birliyini Türkiyəni öz sıralarına qəbul etməyə çağırır. 
Gununsesi.org xəbər verir ki, onun sözlərinə görə, Ankara bu istəyindən əl çəkməyib.
Ərdoğan qeyd edib ki, Breksitin özü ilə gətirdiyi artan qeyri-müəyyənlik yalnız Türkiyə üzv dövlət olduqdan sonra aradan qaldırıla bilər.
Bundan əvvəl, Türkiyə lideri Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen ilə söhbət əsnasında Türkiyənin AB-dəki gələcəyi ilə bağlı danışıb. Ərdoğana görə, AB Türkiyənin gündəmində əsas yerlərdən birini tutur.
Qeyd edək ki, Türkiyə hələ 1987-ci ildə AB üzvlüyü üçün müraciət edib, lakin danışıqlar prosesi ləngiyib. 2021-ci ildə London və Brüssel İngiltərəni Avropa Birliyindən çıxarmaq barədə razılığa gəliblər.