Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

  • By admin
  • 16 İyun 2021 09:13

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək.

Gununsesi.info xəbər verir ki, bununla əlaqədar Azərbaycan parlamentinin xüsusi iclası çağırılıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bu gün axşam saat 20.00-da Bakıdakı Olimpiya stadionunda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Uels-Türkiyə oyununu da canlı izləyəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Nümayəndə heyətinə həmçinin Türkiyə müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik, Ədalət və İnkişaf Partiyasının millət vəkili və NATO-da Türk Qrupu rəhbəri Osman Aşkın daxildir.

Gununsesi.info