Ərdoğan Cıdır düzündən foto paylaşdı

  • By admin
  • 15 İyun 2021 19:43

“Azadlığa qovuşan Qarabağ, azadlığa qovuşan qədim şəhər Şuşa…”

Gununsesi. info xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi feysbuk hesabındakı paylaşımda yer alıb.

Cıdır düzündə çəkilən fotoda Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan və hər iki ölkənin birinci xanımları Mehriban Əliyeva və Əminə Ərdoğan yer alıblar.

Gununsesi. info