Ərdoğan CXP-lilərə “Getdiyiniz yol Kandil, Pensilvanya yoludur” dedi…

  • By admin
  • 01 İyul 2017 20:01

erdo-rabia

15 iyulun unudulmasına və unutdurulmasına izn verə bilmərik.

Gununsesi.info-nun xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin yerli təşkilatlarının başqanları ilə görüşündə deyib.

O, çıxışında CXP-nin və CXP lideri Kamal Kılıcdaroğlunun Ankaradan İstanbula doğru günlərdir başlatdığı “Ədalət!” yürüşünə də toxunaraq, növbəti dəfə sərt ifadələr səsləndirib.

Ərdoğanın iddiasına görə, artıq CXP-nin sərgilədiyi siyasət müxalifətçilik boyutunu aşıb, müxalifətçilik hüdudlarından kənara çıxıb.

“Sizin getdiyiniz yol Kandil, Pensilvanya yoldur”-deyən Ərdoğan iddia edib ki, darbeçiləri bir yana qoyub, darbeyə məruz qalanları suçlayanlara yazıqlar olsun.

“Terrorçuları buraxıb, terrora və terrorçulara qarşı mübarizə aparanlara qarşı çıxanlara yazıqlar olsun!”-deyə, Türkiyə prezidenti daha sonra deyib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info