“Demirören Holding”in idarə heyətinin sədri Yıldırım Demirörenin qızı Yelda ilə mərhum iş adamı Həsən Kalyoncunun oğlu Halukun nişanı olub.
“Gununsesi.org”-un Türkiyə mediasına istinadən xəbər verir ki, nişanda prezident Rəcəb Tayyib Ərdoğanla xanımı Əminə Ərdoğan da iştirak edib.
Cütlüyün nişan üzüklərini Ərdoğan taxıb. Məclis Demirören ailəsinin dəniz kənarındakı malikanəsində keçirilib.














