Ərdoğan futbolu stadionda izlədi - FOTO

  • Müəllif: admin
  • 03 Avqust 2017 11:30

569272

Dünən baş tutan “Başakşehir”- “Brugge” oyununu izləyənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da olub. 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Belçika klubunu 2:0 məğlub edən Türkiyə klubu “play-off” mərhələsinə adlayıb.

Stadionda oyunu izləyən Türkiyə prezidenti hər iki qolda böyük həyəcan yaşayıb və sevincini coşğuyla qeyd edib.

Sonda futbolçu və məşqçilər heyətini təbrik edən Ərdoğan maraqlı görüntüləri ilə yadda qalıb.

Gununsesi.info