Ərdoğan İdlib gərginliyinə görə Putinə zəng etdi

  • By admin
  • 12 Fevral 2020 13:39

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Gununsesi.org xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Liderlər Suriyanın İdlib bölgəsindəki gərgin vəziyyəti müzakirə ediblər. Telefon danışığı çərçivəsində Soçi razılaşmalarına tamamilə əməl olunmasının vacibliyi qeyd olunub.

Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Gununsesi.org