Ərdoğan Körfəz ölkələrinə səfər edəcək

  • By admin
  • 18 İyul 2017 12:14

erdogan

İyulun 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər böhranının müzakirəsi məqsədilə Körfəz ölkələrinə səfər edəcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Küveyti ziyarət edəcək.

Türkiyə prezidentinin Körfəz ölkələrinə səfəri iyulun 24-də başa çatacaq.

Qeyd edək ki, iyunun 5-də Körfəz ölkələri terrorizmə dəstək verdiyi iddiası ilə Qətərlə əlaqələrini kəsib.

Anar

Gununsesi.info