Ərdoğan Nazarbayevi Türk dünyasının ağsaqqalı elan etdi

  • By admin
  • 09 Sentyabr 2017 13:48
1625472_940x531
Ərdoğan Nazarbayevi Türk dünyasının ağsaqqalı adlandırdı.
Gununsesi.info xəbər verir ki, Astanada rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxstan prezidenti Nursultan Nazarbayevə “Türk dünyasınn ağsaqqalı” deyərək müraciət edib. Ərdoğan onu təcrübəli və bacarıqlı, dünyada sayılıb seçilən siyasətçilər olduğundan belə adlandırıb.
Ərdoğandan Nazarbayevə müracət:
“Türk dünyasının ağsaqqalı Nazarbayevə təşəkkür edirəm. Bildiyiniz kimi Türkiyə-Qazaxstan münasibətləri 2009-ci ildən etibarən  strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. 2012-ci ildən etibarən isə bu münasibətləri rəsmi qurum səviyyəsində mexanizm formasına salındı”.
Ərdoğan əlavə edib ki, Ankara Qazaxstana Orta Asiyada  önəm verdiyi ən əsas ölkədir:
“Astananın tikintisində Türk şirkətləri yaxından iştirka edib. Ümidvarıq ki, qarşıdakı dönəmdə də  Türk firmaları  daha böyük uğurlara  imza atacaqlar”.
Gununsesi.info