Ərdoğan Putinə gərginliyin azaldılmasına töhfə verməyə hazır olduğunu bildirib

  • By admin
  • 23 Fevral 2022 18:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan, Türkiyənin gərginliyin azaldılması və sülhün qorunmasına töhfə verməyə hazır olduğunu bildirib.

O, Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarşı atılan addımları qəbul etmədiyini vurğulayıb. Türkiyə dövlət başçısı qeyd edib ki, bütün məsələlər beynəlxalq hüquq və diplomatiya yolu ilə həll edilməlidir.

Ərdoğan sentyabr ayında Soçi səfəri zamanı razılaşdıqları kimi, Rusiya Prezidenti Vladimir Putini Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası üçün ən qısa zamanda Türkiyəyə səfərə gözlədiyini diqqətə çatdırıb.

 

 

Gununsesi.info