
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə səfəriylə bağlı maraqlı görüntülər yayımlanıb.
Gununsesi.info 0da.tv-yə istinadən məlumat verir ki, bu çəkilişdə prezident Ərdoğanın Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovla dialoqu əks olunub.
Putinlə birgə gələn Ərdoğan qapıda dayanmış Peskova xitabən ingiliscə “necəsən?” soruşur. Türk dilini yaxşı bilən Peskov cavabında Ərdoğana türkcə “xoş gəlmisiniz” deyir.
Bundan sonra Ərdoğan gülə-gülə Peskova “mən niyə səndən ingiliscə “yaxşısanmı?” soruşuram, axı!” deyə zarafatlaşır və əlini sıxaraq içəri daxil olur.
Gununsesi.info












