Ərdoğan Putinlə nələri müzakirə edəcək? – Peskov açıqladı

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin Soçidə keçiriləcək görüşdə bir sıra vacib mövzuları, o cümlədən hərbi-texniki əməkdaşlığı müzakirə edəcəklər.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya liderinin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq daim gündəmdədir: “Ümumilikdə əlaqələrimizin bütün spektri çox yüksək səviyyədədir”.

Peskovun fikrincə, Putin və Ərdoğan arasında keçirilən hər görüş aktual mövzuları gündəmə gətirir. Bu baxımdan böyük ehtimalla avqustun 5-də hərbi-texniki əməkdaşlıq mövzusuna da toxunulacaq.