Ərdoğan Obama ilə telefonla danışacaq

  • Müəllif: admin
  • 04 Oktyabr 2016 17:31
P
Gununsesi.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalin “Haberturk”-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Suriyada, xüsusən də Hələbdə atəşkəsin pozulması, vəziyyətin gərginləşməsi bu ölkədəki vəziyyəti bir qədər də mürəkkbələşdirib. “Artıq yaranmış durum ciddi addımları atmağa vadar edir. Odur ki, Türkiyə bu istiqamətdə ciddi çabalar göstərməkdədir.  Türkiyə prezidenti  yaranmış durumua  ABŞ prezidenti Barak Obama ilə müzakirə etmək niyyətindədir və bu məqsədlə yaxın günlərdə telefonla danışmaq niyyətindədir. Artıq bu istiqamətdə işlər gedir. Bundan əlavə olaraq məsələ Rusiya prezidenti Putinlə dəmüzakirə olunacaq. Oktabrən 10-da Putinin Terkiyəyə səfəri planlaşdırılır. Ancaq o vaxtadək Türkiyə prezidenti Barak Obama  ilə telefonla məsələni müzakirə etmək istəyir”- deyə, İbrahim Kalin vurğulayıb.
Gununsesi.info