Ərdoğan qadına qarşı şiddətdən yazdı - FOTO

  • By admin
  • 25 Noyabr 2019 20:09
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə 25 noyabr- Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı paylaşım edib.
Gununsesi.org xəbər verir ki, O, tvitter mikrobloqunda status yazaraq qadına qarşı şiddəti qınayıb.
“Qadınlara qarşı zorakılıq bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biridir. Qadınlara qarşı zorakılığa, istismara, təcavüzə və ayrıseçkiliyə qarşı mübarizəni davam etdirəcək, inşəAllah birlikdə bu ayıbı ölkəmizdən tamamilə siləcəyik”, – deyə Ərdoğan qeyd edib.

Bu məqamda bildirək ki, qadınlara qarşı çox vaxt ölümlə nəticələnən zorakılıq Türkiyənin ən böyük problemlərindən biridir. Belə ki, 2010-2017-ci illərdə ölkədə 1915 qadın öldürülüb. Qətl edilən qadınlardan 62 faizinin (1193-nün) qatili həyat yoldaşı və ya sevgilisi olub. 213 qadın atası, oğlu və ya qardaşı, 114 qadın isə digər kişi qohumu tərəfindən qətl edilib.

Öldürülən 1915 qadından 373 nəfəri 19-25, 751 nəfəri 26-40, 369 nəfəri 41-55 yaşlarında olub.

Gununsesi.org