Ərdoğan Trampla görüşü haqqında suala atalar sözü ilə cavab verdi

  • Müəllif: admin
  • 08 Noyabr 2019 08:28

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan macarıstanlı həmkarı Viktor Orbanla ortaq mətbuat konfransında sualları cavablandırıb.

Gununsesi.org Türkiyə mediasına isitnadən xəbər verir ki, Ərdoğan ABŞ prezidenti Donald Trampla noyabrın 13-də keçiriləcək görüşü ilə bağlı suala atalar sözü ilə qarşılıq verib:

“Doğulmamış uşağa paltar biçilməz. Hər şeydən əvvəl görüşdə ikitərəfli əlaqələrimiz başda olmaqla regional məsələlərdən danışacağıq. Xüsusilə, S-400 və F-35 mövzusu müzakirə olunacaq Məzlum Kobani deyilən adamın Bağdadidən fərqi yoxdur. Yüzlərlə insanın qanına girən təşkilatın başındadır”.