Ərdoğan yenidən AKP-nin başına keçəcək - MAYIN 21-DƏ

  • By admin
  • 27 Aprel 2017 16:28

erdogan1

Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayının vaxtı müəyyənləşib.

Gununsesi.info bildirir ki, APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, partiya rəhbərliyi növbədənkənar qurultayın mayın 21-də, referendum nəticələri elan olunduqdan dərhal sonra keçirilməsi barədə qərar qəbul edib.

Həmin qurultayda prezident Rəcəb Tayyib Ərdoğan AKP-nin üzvü olacaq.

Növbədənkənar qurultayda Ərdoğanın sədr seçilməsi gözlənilir.

Gununsesi.info