Ərdoğandan FETÖ-yə sərt mesaj - SİZİN KİMİ QATİLLƏRDƏN ƏL ÇƏKMƏYƏCƏYİK

  • By admin
  • 17 Dekabr 2017 16:38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Karaman vilayətində keçirilən konqresindəki çıxışında FETÖ-yə sərt ismarıc göndərib.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı terror qruplaşmasının üzvlərini qatil adlandırıb və heç vaxt onlardan əl çəkməyəcəyini bəyan edib:

“Əgər onlara yazığımız gəlsə, özümüz acınacaqlı vəziyyətə düşərik. Harada gizlənsələr də, gözümüz bu qatillərin üzərində olacaq. Onlardan əl çəkməyəcəyik və ədalət qalib gələcək”.

Gununsesi.info