Ərdoğandan Trampa çağırış - “TERRORÇULARI SİLAHLA TƏMİN ETMƏYİ DAYANDIRIN”

  • Müəllif: admin
  • 25 Yanvar 2018 09:30

Yanvarın 24-də Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, danışığ zaman Suriyadaki son hadisələr, o cümlədən Türkiyənin “Zeytun budağı” əməliyyatı müzakirə olunub. Ərdoğan qeyd edib ki, Türkiyə Afrini terrorçulardan təmizləmək məqsədini güdür.

Türkiyə prezidenti həmçinin deyib ki, ABŞ PYD/YPG terrorçularını silahla təmin etməyi dayandırmalıdır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info