Ərdoğandan Zəngilan ANONSU

  • By admin
  • 17 Sentyabr 2022 19:37

Gələn ay, yəni oktyabr ayının 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan qayıdandan sonra jurnalistlərə açıqlamasında söyləyib.

Qrrdaş ölkənin prezidenti qeyd edib ki, hava limanının açılışında iştirak etmək üçün Azərbaycana gələcək.

Qeyd edək ki, Zəngilan rayonu 2 il əvvəl – 20 oktyabr 2020-ci ildə Ermənistan ordusunun tapdağından azad edilib.

Gununsesi.info