Ərdoğanın çıxışı zamanı qəza: 7 yaralı

  • By admin
  • 16 İyul 2017 11:00

erdogan
Türkiyənin paytaxtı Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın “15 iyul – Demokratiya və Milli Birlik” günü münasibətilə parlament qarşısında çıxışı zamanı PUA (Pilotsuz Uçuş Aparatı) qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, PUA-nın (dron) yerə çırpılması nəticəsində 7 nəfər xəsarət alıb.

Xərəkdə təcili tibbi yardım maşınına aparılan yaralıların durumunun qənaətbəxş olduğu deyilir.

Gununsesi.info