Ərdoğanın keçmiş baş yavəri Əli Yazıçı ömürlük həbs cəzasına məhkum edildi

  • By admin
  • 18 İyul 2020 21:23

Prezidentə sui-qəsd cəhdi və 2 polis əməkdaşının öldürülməsi iddiaları ilə hakim qarşısına çıxan keçmiş baş yavər Əli Yazıçı ömürlük həbs cəzasına məhkum edilib.

Gununsesi.org xəbər verir ki, məhkəmə, əvvəllər yardım və yataqlıq iddiaları ilə mühakimə olunan Əli Yazıçının yardım və yataqlıq etmədiyini, birbaşa hadisənin əsas günahkarı olduğunu bildirib.

Muğladaki 2-ci Ağır Cəza Məhkəməsində Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd cəhdi, Konstitusiyanın pozulması və 2 polis işçisinin şəhid olmasında iştirak etdiyi üçün 18 il azadlıqdan məhrum edilən keçmiş baş yazir Əli Yazıçıya verilən cəza Ali Məhkəmənin 16-cı Cinayət Palatası tərəfindən “yerli məhkəmənin verdiyi cəzanın az olması” səbəbiylə ömürlük cəzaya çevrilib.

Digər tərəfdən, eyni iddia ilə ömürlük həbs cəzası alan Dalaman Deniz Havanın keçmiş Baza Komandiri Cenk Bahadır Avcı da sui-qəsd cəhdindən bəraət alıb. Avcı, “Konstitusiyanı pozmaq və çevrilişə kömək etmək”ittihamları ilə 13 il 4 ay həbs cəzasına məhkum edilib. Avcının həbsinin davam edəcəyi qərara alındı.

 

Qeyd edək ki, səhər başlayan məhkəmə prosesi axşam saat 21: 00-da başa çatıb.

 

 

Gununsesi.org