Ərdoğanın sözçüsü şəhid Aybükədən yazdı və Qərb mediasını ittiham etdi

  • By admin
  • 11 İyun 2017 22:20

ibrahim_kalin_

“Qərb mediası yenə PKK-nın son qanlı əməllərindən, Batman və Şırnakdakı şəhidlərdən, terrora qurban gedən Aybükə öyrətməndən yazmayacaq”.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə  görə, bunu Türkiyə cümhurbaşqanlığı sözçüsü İbrahim Kalın sosial media üzərindən paylaşdığı statusunda yazıb.

“Ancaq onlar daim bizim könlümüzdə yaşayacaqlar”-deyə, Kalın sözlərinə əlavə edib.

Qeyd edək ki, 2016-cı ildə təyinatla Batmanda musiqi müəlliməsi işləməyə göndərilən 23  yaşlı Şenay Aybükə Yalçın 8 ay imiş ki, işinə başlayıbmış.

KAMİL

Gununsesi.info