Ərdoğanla Zelenskinin görüşü başa çatdı - VİDEO

  • By admin
  • 18 Avqust 2022 19:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lvovda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Prezidentlərin təkbətək görüşü mətbuata qapalı olub və təxminən saat yarım davam edib. Danışıqların detalları hələlik mətbuata açıqlanmayıb.

Daha sonra Ərdoğanın BMT-nin Baş katibi Antonio Quterreş və ukraynalı həmkarı Volodimir Zelenski ilə üçtərəfli görüşü olacaq. Bu görüşdə Ukraynadakı son vəziyyət və taxıl ixracı prosesi əsas müzakirə mövzusu kimi gündəmə gətiriləcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Lvova ilk səfərini edib.

Gununsesi.info