
Yaponiya imperatoru Akihitonun 25 yaşlı nəvəsi Mako məktəb yoldaşıyla evlənmək üçün şahzadəlik titulundan imtina edir.
Gununsesi.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Şahzadə Makonun 5 il əvvəl tanış olduğu, bir hüquq firmasında işləyən Kei Komuro ilə yaxın günlərdə nişanlanacağı və gələn il evlənəcəyi bildirilir.
Yaponiyada əsilzadələrlə evlənməyən şahzadələr titullarını itirirlər.
Bir muzeydə işləyən şahzadə, qanunların sadəcə kişilərə taxta keçməsinə icazə verdiyinə görə, taxta keçə bilməyəcəkdi.
Yaponiyada mühafizəkarlar qadınların taxta keçməsinə qarşıdırlar.
Gununsesi.info












