Əri viza ala bilmədi, bal ayına tək getdi - FOTOLAR

  • By admin
  • 14 İyul 2016 16:24

 

oka

 

7 aylıq evli olan pakistanlı Huma Mobin və Arsalaan Sever Bhatt ikinci dəfə bal ayına getmək üçün Yunanıstanı seçiblər.

Gununsesi.info xarici KİV-ə istinadən məlumatına görə, lakin uçuşa bir neçə gün qalmış Yunanıstan səfirliyi oğlana viza verməkdən imtina edib və cütlüyün bütün planları pozulub. Qız əvvəl səyahətə tək getmək istəməyib. Lakin hər şeyin artıq ödəndiyini nəzərə alan ikili qərar verib ki, Huma bal ayına tək getsin.

O, bal ayında yaradıcı davranaraq həyat yoldaşının “yanında olduğunu” xəyal etdiyi fotolar çəkdirib.

Qəribədir ki, Arsalaan da bir neçə ay əvvəl Budapeştdə iş səfərində olarkən həyat yoldaşına bənzər foto göndərib.

Qeyd edək ki, xoşbəxtlikdən bu, cütlüyün ilk bal ayı deyil. Onlar keçən ilin dekabrında Maldiv adalarında birgə bal ayı keçiriblər.

 

112

114

Gununsesi.info