Türkiyənin Ərzurum əyalətinin Şenkaya rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində yaralanan bir hərbçi xəstəxanada şəhid olub.
Report xəbər verir ki, əməliyyat zamanı terrorçu PKK qruplaşmasının 3 silahlısı məhv edilib.
Ərazidə əməliyyat çərçivəsində aparılan axtarış nəticəsində bir Kalaşnikov avtomatı, bir pulemyot və snayper tüfəngi, çoxlu sayda sursat və ərzaq aşkarlanıb.
Bölgədə əməliyyat davam etdirilir.
Gununsesi.info











