Əsədin ordusu bu ölkənin sərhədini ələ keçirdi

  • Müəllif: admin
  • 07 May 2017 11:44

beser esed

 

Suriya ordusu Livan sərhədindəki Kalamun əl-Qarbi bölgəsini terrorçulardan azad edərək, sərhəd zolağının 113 km-lik hissəsinə nəzarəti ələ alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat yayıb.

“Dəməşqdə olan ordu qüvvələri və müttəfiqləri Kalamun əl-Qarbi bölgəsini terrorçulardan təmizlədi. Bölgə daha əvvəl azad edilən Zabadin bölgəsi ilə birləşdirilib. Bununla da Suriya-Livan sərhədinin 113 km-lik hissəsi nəzarət altına alınmış oldu”, – xəbərdə bildirilib.

Qeyd edək ki, Livan-Suriya sərhədinin uzunluğu 356 km-dir. Sərhəd zolağının böyük qisminə hökumət qüvvələri nəzarət edir. Lakin bəzi məntəqələr hələ də terrorçuların əlindədir.

Gununsesi.info